Yanğın və partlayış həyat və tikililər üçün böyük təhlükə yaradır, lakin bir çox hallarda onun qarşısını almaq mümkündür və ya yanma nəzəriyyəsi və yanğının yayılma üsulları düzgün qiymətləndirilərsə ziyan azaldıla bilər. Hər bir iş yerində Yanğınla bağlı mübarizə yolları haqqında məlumatlı olması riskləri azaltmış olar. Yanğınla ilkin mübarizə Yanğın Nəzaritçilərinin üzərinə düşən ən böyük öhdəliklərdən biridir.
Təlimin məqsədi: Yanğınla mübarizəyə cəlb olunmuş Nəzaritçilərin bilik və bacarıqlarının artırılması.
Təlim kimlər üçün nəzərdə tutulub: Yanğın təhlükəsizliyinə cavabdeh şəxsin vəzifələrini icra etmək üçün seçilmiş şəxslər üçün nəzərdə tutulmuşdur.
Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:
Qanunvericilik və Yanğın Riskinin qiymətləndirilməsini
Yanğın təhlükələri və İş yerində yaranan Təhlükələr
Yanma nəzəriyyəsinin əsas prinsipləri
Yanğın ehtiyat üsullarının müəyyən olunmasını
Yanğının təsnifatını
Yanğın riskinin azaltmaq üçün görülməli olunan əsas tədbirlər
Düzgün yanğınsöndürən balonların seçilməsi və istifadə qaydalarını
Yanğın Təxliyyə planlarına olan tələblər
Yanğın təhlükəsizliyi ilə bağlı öhdəliklərdən xəbərdar olmağı
Öhdəliklər: təlimi bitirdikdən sonra tələbələr aşağıdakıları bacarmalıdırlar:
Yanma Nəzəriyyəsinin başlıca prinsiplərini bilmək
Müxtəlif cür yanğınsöndürmə qurğularını ayırd etmək və işlətmək
Yanğını müəyyən etməyin və onun qarşısını almağın başlıca prinsiplərini təyin etmək
Personalı binadan çıxarmağı və zəruri yoxlamalar aparmağı bacarmalı
Mövzular:
Giriş / Tanışlıq
Yanğının səbəbləri və nəticələri
Yanğın təhlükələri
Yanma nəzəriyyəsi / Yanğın üçbucağı
Yanğının / İstiliyin yayılma yolları
Yanğının növləri (təsnifatı/kateqoriyaları)
Yanğınsöndürmə (odsöndürmə) vasitələri
Müxtəlif yanğınsöndürmə və yanğından mühafizə vasitələrinin növləri və istifadə qaydaları
Yanğına Qarşı Profilaktik Tədbirlər
Təxliyyə / Evakuasiya proseduru
Toplanma məntəqəsi
Çıxış yollarının yoxlanılması
Qəza yerindən çıxış yollarının yoxlanılması
Yanğın siqnalı sisteminin yoxlanılması
Yanğınsöndürmə vəsaitlərinin və avtomatik qurğuların yoxlanılması
Yanğın Nəzrətçisinin rolu
Yanğın Nəzrətçisinin vəzifələri
Fövqəladə Hallarda görülən tədbirlər
Qeydəalma və məruzəetmə (məlumatlandırma)
Yoxlama cədvəlləri
Yanğın təhlükəsizliyi üzrə Təlim-məşqlər
Təlim müddəti: 1 gün
Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.
Sertifikatın etibarlılıq müddəti: 3 il